• HADİSƏ

    06:25 4 iyul 2019

Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

ONA xəbər verir ki, Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. O, əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR