Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
ONA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
1969-cu il təvəllüdlü Dilarə Səlimova Zabrat qəsəbəsində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu 90-VM-027 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil vurub.
Hadisəni törədən sürücü yaralını xəstəxanaya apararkən, o, yolda dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb.
Nurlan Əli