• HADİSƏ

    04:10 28 iyul 2019

Bakıda 50 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində, "Təzə bazar"ın qarşısında qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Səfərova Lalə İnqilab qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR