• HADİSƏ

    12:33 31 may 2019

Bakıda 51 yaşlı kişi bıçaqlanıb

Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 1968-ci il təvəllüdlü Mirzəyev Rövşən Ənvər oğlu gecə saatlarında Elmlər Akademiyası metro stansiyasının yaxınlığında “Şərab evi”nin qarşısında bıçaqlanıb. R.Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR