Bakının Yasamal rayonunda bıçaqlanma olub.
ONA-nın xəbərinə görə, hadisə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Mirzəyev Rövşən Ənvər oğlu döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.
Məlumata görə, o, qonşusu tərəfindən bıçaqlanıb.
Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.