Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
ONA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Viktoriya Ələkbərova yaşadığı evdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.