Bakıda intihar hadisəsi baş verib.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Zümrüd Əliyeva özün asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Nurlan Əli