Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq müəmmalı şəkildə dünyasını dəyişib.
ONA-nın xəbərinə görə, 2013-cü il təvəllüdlü Sadıqlı Ayşən Məlik qızı ailəsi ilə birlikdə paytaxta gələrkən DYP-nin Qaradağ rayonu ərazisindəki nəzarət postunun yaxınlığında halı pisləşib.
Azyaşlı YPX müfəttişlərinin köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılsa da, artıq gec olub. A.Sadıqlı orada keçinib.
Hadisənin təfərrüatları rayon Prokurorluğu tərəfindən araşdırılır. Uşağın ölüm səbəbi dəqiq bilinmir.