Bakıda törədilən qətllə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan ONA-ya verilən məlumata əsasən, mayın 24-ü 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.