• HADİSƏ

    16:38 19 mart 2019

Bakıda 65 min manatlıq oğurluq edən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Bayramov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Bayramov ötən il Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63.400 manat dəyərində qızıl əşyalarının oğurlayıb. İstintaq orqanı tərəfindən S. Bayramova qarşı 177.3.2 maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər:

SON XƏBƏRLƏR