• HADİSƏ

    21:41 20 may 2019

Bakıda 69 yaşlı qadını avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

ONA-nın xəbərinə görə, hadisə Atatürk prospektində qeydə alınıb.

90-HU-682 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin 1950-ci il təvəllüdlü Xanməmmədova Ulduzə Molla qızını vurması nəticəsində piyada onurğa sütunundan ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov polisi araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR