Paytaxtın Nizami rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mənzillərin birindən 9200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Həsənova saxlanılıb.