• HADİSƏ

    20:01 27 aprel 2019

Aeroport yolunda avtobus qəzaya uğrayıb, 24 nəfər yaralanıb

Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən ONA-ya verilən xəbərə görə, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

Son məlumatlara görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 24 nəfəri xəsarət alıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR