• HADİSƏ

    04:25 16 may 2019

Bakıda ağır qəza baş verib, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə metronun 20 Yanvar stansiyasının qarşısında qeydə alınıb.

Cavid Əliyev idarə etdiyi "Opel" markalı avtomobillə sağa dönmək istəyib. Bu zaman Vüsal Məmmədov idarəetdiyi "VAZ 2107" markalı avtomobillə "Opel"ə çırpılıb.

Nəticədə "VAZ 2107"-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR