Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
ONA-nın məlumatına görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, "20 Yanvar" metrostansiyasının yaxınlığındakı "Badi-Səba" şadlıq sarayının qarşısında qeydə alınıb.
1993-cü il təvəllüdlü Məşədiyev Məhəmməd Ağabala oğlunun idarə etdiyi “Runa” markalı avtomobil yolu keçən piyada, Bakı şəhər sakini Ziyafət Bünyadovu vurub. Nəticədə Z.Bünyadov kəllə-beyin travması ilə 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.