• HADİSƏ

    20:55 28 iyul 2019

Bakıda ağır yol qəzası: bir nəfər ölüb, dörd nəfər yaralanıb - FOTO


Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Bibiheybət məscidinin yaxınlığında “VAZ 2107” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub.
Nəticədə “VAZ 2107”-də olan, təxminən 28-30 yaşlı sərnişin ölüb. Bundan başqa, həmin avtomobildə olan 3 sərnişin və “Mercedes”in sürücüsü xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdirilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR