Bakıda yolu keçərkən ağır xəsarət alaraq dünyasını dəyişən şəxslə bağlı yeni məlumatlatlar əldə edilib.
APA xəbər verir ki, 63 yaşlı Gözəlov Nadir hadisə baş verən ünvanın yaxınlığında şadlıq sarayından çıxıb. O, yolu keçərkən sərxoş vəziyyətdə olub.
Həmin vaxt Fikrət Məmmədov idarə etdiyi "Naz Lifan" markalı avtomobillə piyadanı vuraraq, "BMW" markalı nəqliyyat vasitəsinə çırpılıb.
00:14
Bakıda avtomobil piyadanı vuraraq onu ağır vəziyyətə salıb.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verib.
Belə ki, 63 yaşlı Gözəlov Nadir yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu Fikrət Məmmədov idarə etdiyi "Naz Lifan" markalı avtomobillə vurub.
Yaralı piyada 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Koma vəziyyətində olan yarılının həyatını xilas etmək mümükün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.