• HADİSƏ

    11:41 1 aprel 2019

Bakıda ağır çəkili şəxsi evdən FHN çıxarıb

Bakıda ağır çəkili şəxsi evdən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR