• HADİSƏ

    01:48 23 fevral 2020

Bakıda ahıl yaşlı qadını əri bıçaqlayıb

Bakının Yasamal rayonunda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

ONA xəbər verir ki, hadisə Yasamal rayonu, Şahbazi küçəsi 41 ünvanında yerləşən mənzildə qeydə alınıb.

1945-ci il təvəllüdlü Hacıyeva Solmaz Məşədi qızı həyat yoldaşı ilə mübahisə edib. Yaşlı qadının bədəninə əri bir neçə yerdən bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR