• HADİSƏ

    01:40 26 iyun 2020

Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurub - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

"Chevrolet" markalı avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Eyvazova Xanım Camal qızını vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada qız anasının doğum gününə gedirmiş. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR