Paytaxtın Binəqədi rayonunda ölüm hadisəsi qeydə alınıb.
ONA-nın məlumatına görə, Binəqədi rayonu Mədəniyyət Evinin yaxınlığında aptekdən çıxan orta yaşlı kişinin qəfil halı pisləşib və o yıxılaraq dünyasını dəyişib. Hadisə yerinə ərazidə xidmət edən hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.