Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirirlən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Cəfərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin sentyabrında Bakıda 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətlər yetirib.
Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olub.
R. Cəfərov könüllü polisə təslim olub və həyat yoldaşını qısqanclıq zəminində bıçaqladığını bildirib.