Bakının Nizami rayonunda iki nəfər ata və oğul tərəfindən döyülüb.
ONA xəbər verir ki, 1977-ci il təvəllüdlü Musayev Sərxan Yaqub oğlu və 1966-cı il təvəllüdlü Bağırov Nuri Zaman oğlu naməlum şəxslərin fiziki zorakılığına məruz qalıb. İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslər ata və oğul olub. S.Musayev və N.Bağırovun Qarabağ müharibəsi əlilləri olduğu deyilir.
Yaralılar xəstəxanaya aparılıb. S.Musayevə sol dirsəyin, N.Bağırova isə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.