• HADİSƏ

    13:01 2 avqust 2019

Bakıda avtobus qəzası baş verib, ölən var

Bakıda avtobus qəzası baş verib. ONA-nın xəbərinə görə, Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Onların vəziyyətləri orta-ağırdır.

Baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR