Bakının Nizami rayonunda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.
30 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçən və sərxoş vəziyyətdə olan 1970-ci il təvəllüdlü Hətəmi İlqar Mədət oğlunu vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.