• HADİSƏ

    22:43 28 may 2019

Bakıda avtobus velosipedçini vurub, vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 21 yaşlı Mirsamir Əsədullayev velosiped sürərkən onu 91 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu vurub. Ağır açıq kəllə-beyin travması alan M.Əsədullayev xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qəza ilə bağlı Binəqədi polisi araşdırmalara başlayıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR