• HADİSƏ

    11:27 5 may 2019

Səhiyyə Nazirliyi: Bakıda avtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər xəsarət alıb, 2-nin durumu ağırdır

Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda 217 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.

Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR