Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 azyaşlı xəsarət alıb.
APA xəbər verir ki, minik avtomobili 2013-cü il təvəllüdlü Əsədzadə Əsəd Şükran oğlu və 2015-ci il təvəllüdlü Əsədzadə Hüseyn Şükran oğlunu vurub.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.