• HADİSƏ

    21:11 4 may 2020

Bakıda avtomobil ağaca və işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA-nın məlumatına görə, avtoqəza Vaqif prospektində baş verib.

Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR