• HADİSƏ

    02:16 4 may 2019

Bakıda avtomobil beton arakəsmənin üzərindən aşaraq əks yola keçib - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, rayonun Əhməd Rəcəbli küçəsində baş verən hadisə zamanı Nemət Ağayev idarə etdiyi “VAZ 2114” markalı avtomobili yolu əks istiqamətlə ayıran beton arakəsməyə çırpıb.

Sürət həddi yüksək olduğundan avtomobil arakəsmənin üzərindən aşaraq əks yola keçib.

Xəsarət alan olmasa da, avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Sürücü sərxoşluğunun yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR