Bakıda avtomobil dekorativ ağaclara çırpılıb, sürücü xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 03:07 21 Yanvar 2021

Bakıda avtomobil dekorativ ağaclara çırpılıb, sürücü xəsarət alıb - FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib

APA xəbər verir ki, hadisə Tblisi prospektində qeydə alınıb.

Hələlik ad, soyadı bilinməyən sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Avtomobil idarəetmədən çıxaraq dekorativ ağaclara çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Nəqliyyat vasitəsi  deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırılma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR