• HADİSƏ

    07:02 13 iyun 2020

Bakıda avtomobil dəmir arakəsmələrə çırpılıb - FOTO

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü aeroport yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Nissan” markalı avtomobil qəflətən onun qarşısında dayanıb. “Hyundai”ın sürücüsü nəqliyyat vasitəsini “Nissan”a çırpmamaq üçün sükanı sola doğru döndərib. Bu zaman avtomobil dəmir arakəsmələrə çırpılıb.

Zərbədən avtomobil yararsız hala düşüb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR