• HADİSƏ

    16:40 27 may 2019

Bakıda avtomobil gölməçədə batıb, iki nəfər xilas edilib

Bakıda avtomobil gölməçədə batıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Qaradağ rayonunda “Renault” markalı minik avtomobili yol kənarındakı gölməçədə batıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri köməksiz vəziyyətdə qalan iki nəfəri nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR