Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb.
22 yaşlı Məhərrəmov İlkin Vladimir oğlu idarə etdiyi "Kia" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sürücü özü və iki sərnişin - 18 yaşlı Rüstəmov Murad Cəsur oğlu və AbdullazadəXəyal Vaqif oğlu xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Yol qəzasının təfərrüatları araşdırılır.