Bakının Sabunçu rayonunda, Bilgəh sanatoriyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
ONA xəbər verir ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Əhmədova Radiyyə Niftalı qızını və 1984-cü il təvəllüdlü Hüseynov Kənan Nazim oğlunu "Azsamand" markalı avtomaşın vurub.
Ağır xəsarət alan hər iki piyada dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, R.Əhmədova orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.