• HADİSƏ

    01:26 31 may 2019

Bakıda toqquşan avtomobillərdən biri işıq dirəyini aşırıb - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, yolayrıcında Seymur Seyfullayevin idarə etdiyi "BMW" markalı minik maşını qəfildən Mircalal Hüseynovun idarə etdiyi, Rusiya Federasiyasına aid qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin qarşısında manevr edib. Bu vaxt "Mercedes" əvvəlcə ona dəydikdən sonra yolun kənarındakı hərəkətsiz digər avtomobilə, daha sonra işıq dirəyinə çırpılıb. Zərbədən işıq dirəyi aşıb.

Hadisə yerində Yol və Post Patrul Xidmətinin əməkdaşları müayinələr aparır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR