Bakının Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün üstündə (Koroğlu istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
ONA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb. O bildirib ki, körpünün üzərində avtomobilin aşması nəticəsində həmin istiqamətdə tıxac yaranıb.