• HADİSƏ

    08:10 11 mart 2020

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bəşir Səfəroğlu və Süleyman rəhimov küçələrinin kəsişməsində baş verib.

B.Səfəroğlu küçəsilə hərəkətdə olan "KİA" markalı avtomobil S.Rəhimov küçəsilə gedən motosikletlə toqquşub.

Əraziyə DYP əməkdaşları cəlb olunub. "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən yayınmağa cəhd göstərib, lakin polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparıb.

Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR