Bakının Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yol kənarında iki nəfəri vurub.
ONA-nın xəbərinə görə, hadisə 20-ci sahə adlanan ərazidə qeydə alınıb.
Şıxov qəsəbəsindən Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olan 90-CT-983 dövlət qeydiyyat nişanlı, sürücü Roman Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə 2001-ci il təvəllüdlü Cəfərov Roma Füzuli oğlu xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 2001-ci il təvəllüdlü Rəhimov Vahid Zöhrab oğlu isə üz və bədən nahiyəsindən sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Ölən şəxsin atası Füzuli Cəfərov ONA-ya verdiyi müsahibəsində bildirib ki, hadisəni törədən sürücü sərxoş olub. Qəzadan sonra o, küçədə olan hadisə şahidləri ilə əlbəyaxa dava da edib. Daha sonra hadisə yerindən yayınıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Hadisəni törədən sürücü R.Hüseynov Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gedərək törətdiyi hadisəni etiraf edib və məsuliyyətə cəlb olunub.
Nurlan Əli