• HADİSƏ

    12:38 15 may 2019

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 14-də saat 15 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini E.Yəhyayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Eldar Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR