Paytaxın Yasamal rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbut xidmətindən ONA-ya verilən xəbərə görə, mayın 20-də saat 11 radələrində Yasamal rayonunun İnşaatçılar prospektində Bakı şəhər sakini Zaur Kazımov “Opel” markalı avtomobilli arxaya verərkən 45-50 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.