Paytaxtın Nizami rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 24-də saat 15 radələrində Babək prospektində Qəbələ rayon sakini A.Amriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oleq Voronovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.