• HADİSƏ

    00:57 12 sentyabr 2020

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.

Sürücü Orxan Həsənov idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu keçən 25-30 yaşlı oğlanı vurub. Yaralı elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücü O.Həsənov saxlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR