Bakıda avtomobil qaçıran şəxslər tutulub
  • HADİSƏ

  • 10:54 24 Aprel 2019

Bakıda avtomobil qaçıran şəxslər tutulub

Paytaxtın Xətai rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR