• HADİSƏ

    22:01 12 yanvar 2020

Bakıda sürücü avtomobillə qadını vuraraq qaçıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, qəza Qaraçuxur qəsəbəsində baş verib.

Şərq yaşayış massivinin yaxınlığında minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızını vurub.

Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR