Bakının Səbail rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, avtoqəza Bayıl şossesində qeydə alınıb.
Namiq Soltanovun idarə etdiyi “Mercedes” markalı minik maşını Azneft dairəsindən keçmiş Bayraq meydanı istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun ortasındakı işıq dirəyinə dəyib. Avtomobil daha sonra əks hərəkət zolağına çıxıb və qarşı yolla 1990-cı il təvəllüdlü Şirəliyev Anar İlham oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik maşınına çırpılıb. Yol qəzası nəticəsində “Mercedes”in sürücüsü N.Soltanov dünyasını dəyişib. Onun bir sərnişini və “VAZ 2109”-da olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Səbail RPİ-nin və DYPŞ-nin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.