• HADİSƏ

    08:49 12 iyun 2019

Bakıda avtomobil reklam lövhəsinə çırpılıb: sürücü ölüb, sərnişin xəsarət alıb

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.

ONA xəbər verir ki, Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Bundan sonra minik avtomobili alışaraq yanıb.

Nəticədə avtomobildə olan sərnişin 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edə ki, sükan arxasında olan şəxsin öldüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları qəzanın baş verməsi səbəblərinin araşdırılması ilə məşğuldur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR