• HADİSƏ

    04:48 16 fevral 2021

Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var - FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, “BMW” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq səkiyə çırpılıb.

Daha sonra avtomobil əks yola çıxıb. Nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR