Bakıda avtomobil YDM-ə çırpılıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 04:36 29 May 2019

Bakıda avtomobil YDM-ə çırpılıb - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "BYD" markalı minik maşını əvvəlcə Məhəmməd Behbudovun idarə etdiyi "Opel" markalı avtomobilə dəyib, ondan sonra yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin qiymət tablosuna çırpılaraq aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Qəzanın təfərrüatlarını Nərimanov polisi araşdırır.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR