• HADİSƏ

    07:13 11 mart 2021

Bakıda avtomobildə yanğın olub - FOTO

Bakının Yasamal rayonunda yanğın baş verib.

APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hadisənin səbəbi araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR